İngiltərənin "Liverpul" komandası UEFA Çempionlar Liqasında finala yüksəlib.

Yurgen Kloppun baş məşqçi olduğu kollektiv yarımfinal mərhələsində İspaniya "Vilyarreal"ını üstələyib.

Evdə 2:0 hesabı ilə qalib gəlmiş "qırmızılar" səfər oyununda əzmkar qələbəyə imza atıblar - 3:2.

Hesabı artıq 3-cü dəqiqədə "Vilyarreal"ın hücumçusu Bulaye Dia açıb. 41-ci dəqiqədə Fransis Koklin fərqi artırıb.

Fasilədən sonra "Liverpul" dönüş etməyi bacarıb. Fabinyo 62-ci, Luis Dias 67-ci, Sadio Mane isə 74-cü dəqiqədə fərqlənib. 

"Vilyarreal"ın qalan dəqiqələrdə məğlubiyyətdən qurtulma cəhdləri alınmayıb. Üstəlik, 86-cı dəqiqədə Etyen Kapu ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.